SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının inkişafı müzakirə olunur

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının inkişafı müzakirə olunur

  • 01 iyul 2026, 10:36

Bu gün və sabah “Bakı Konqres Mərkəzi” MMC-də Azərbaycanın (Maliyyə Nazirliyinin) sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçiriləcək.

Yurd.Media xəbər verir ki, toplantıda Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda Biznes Forum baş tutacaq.

Tədbirdə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları