"MJ Financial Services" ASC bank olmayan kredit təşkilatı (BOKT) milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onlara illik 16% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter "Troni İnvestisiya Şirkəti" QSC-dir.