SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
BOKT-ların əksəriyyətinin öhdəlikləri artdı - CƏDVƏL

BOKT-ların əksəriyyətinin öhdəlikləri artdı - CƏDVƏL

  • 01 iyul 2026, 09:27

Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun bu il yanvarın 1-nə öhdəlikləri 20 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Nova Kredit” (105,6 milyon manat), “Fintrend” (81,5 milyon manat), “FİNKA Azərbaycan” (57,6 milyon manat), “Embafinans” (54,8 milyon manat), “International” (46,5 milyon manat), FNC (43,2 milyon manat), MCB (35,05 milyon manat), “M Bulak” (26,1 milyon manat), “Kredagro” (24,2 milyon manat) və “City Finance”dır (23,55 milyon manat).

6 BOKT-un öhdəlikləri 10-20 milyon manat arasında, 22 BOKT-un öhdəlikləri 1-10 milyon manat arasında, 12 BOKT-un öhdəlikləri isə 0-1 milyon manat arasında olub.

2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 50 BOKT-dan 36-nın son 1 ildə öhdəlikləri artıb. Ən yüksək dinamika “Nova Kredit”də (1028,1 dəfə), ən aşağı dinamika isə “Pro Kredit”də (3,2%) qeydə alınıb.

1 BOKT-un – “Forfinance”ın öhdəlikləri ötən il formalaşıb.

13 BOKT-un isə son 1 ildə öhdəlikləri azalıb. Ən çox azalma “İrşad”da (100%), ən az azalma isə “FİNKA Azərbaycan”da (1,2%) qeydə alınıb.

Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL

- Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları