SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL

Hər 5 BOKT-dan birinin kredit portfeli AZALDI - CƏDVƏL

  • 30 iyun 2026, 09:28

Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun bu il yanvarın 1-nə kredit portfeli 30 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Nova Kredit” (135,6 milyon manat), “Fintrend” (83,2 milyon manat), “Embafinans” (78,3 milyon manat), “FİNKA Azərbaycan” (63 milyon manat), “M Bulak” (54,7 milyon manat), “International” (51,3 milyon manat), FNC (49,5 milyon manat), MCB (39,7 milyon manat), “City Finance” (39,6 milyon manat) və “Kredagro”dur (37,45 milyon manat).

11 BOKT-un kredit portfeli 10-30 milyon manat arasında, 21 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 8 BOKT-un kredit portfeli isə 0-1 milyon manat arasında olub.

2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 50 BOKT-dan 38-nin son 1 ildə kredit portfeli artıb. Ən yüksək dinamika “Nova Kredit”də (858,2 dəfə), ən aşağı dinamika isə “Pro Kredit”də (0,6%) qeydə alınıb.

1 BOKT-un – “Forfinance”ın kredit portfeli ötən il formalaşıb, 1 BOKT-un “Bir Kredit”in isə son 1 ildə kredit portfeli olmayıb.

10 BOKT-un isə son 1 ildə kredit portfeli azalıb. Ən çox azalma “Para”da (98,5%), ən az azalma isə “FİNKA Azərbaycan”da (1,5%) qeydə alınıb.

Yurd.Media-nın bank olmayan kredit təşkilatlarının 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri artan və azalan BOKT-lar - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları