Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 10-nun bu il yanvarın 1-nə aktivləri 50 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Nova Kredit” (137,5 milyon manat), “Bir Kredit (108,7 milyon manat), “Fintrend” (90,8 milyon manat), “Embafinans” (85,7 milyon manat), “FİNKA Azərbaycan” (75 milyon manat), “Azpul” (64,9 milyon manat), “International” (60,65 milyon manat), “M Bulak” (58,7 milyon manat), “Kredagro” (53,7 milyon manat) və FNC-dir (50,4 milyon manat).
13 BOKT-un aktivləri 10-50 milyon manat arasında, 26 BOKT-un aktivləri 1-10 milyon manat arasında, 1 BOKT-un aktivləri isə 0-1 milyon manat arasında olub.
2 BOKT - dövlətə məxsus “Aqrarkredit” və yaxın vaxtlara qədər “Aset Maliyyə Texnologiyaları” adı ilə fəaliyyət göstərən “Azərkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 50 BOKT-dan 37-nin son 1 ildə aktivləri artıb. Ən yüksək dinamika “Nova Kredit”də (126,5 dəfə), ən aşağı dinamika isə “Azkredit”də (0,8%) qeydə alınıb.
1 BOKT-un – “Forfinance”ın aktivləri ötən il formalaşıb. 12 BOKT-un isə son 1 ildə aktivləri azalıb. Ən çox azalma “Neo”da (76,5%), ən az azalma isə “FİNKA Azərbaycan”da (1,8%) qeydə alınıb.

