SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İdeal Kredit BOKT-a 1 milyon manat pul lazımdır

"İdeal Kredit" BOKT-a 1 milyon manat pul lazımdır

  • 20 oktyabr 2025, 12:31

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 1 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirilməsi planlaşdırılır.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onlara illik 14% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Prime Leasing