"Azvvallet", "Greentek Group" və "Guavapay" MMC-lərin elektron pul təşkilatı lisenziyaları ləğv olunub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin 13 may 2026-cı il tarixli protokolu ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən "Azvvallet"ə verilmiş 9 aprel 2025-ci il tarixli, "Greentek Group"a verilmiş 18 sentyabr 2024-cü il tarixli və "Guavapay"ə verilmiş 9 aprel 2025-ci il tarixli lisenziyalar ləğv olunub.
Bununla da, ölkədə lisenziyalı elektron pul təşkilatlarının sayı 14-ə düşüb.