"Mpay" MMC elektron pul təşkilatının nizamnamə kapitalı 5 dəfədən çox artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 5 milyon 400 min manat və ya 5,4 dəfə artıraraq 6,4 milyona çatdırdı.
Qeyd edək ki, kapital artımı keçən ay “Modenis” MMC-nin (eManat) “Mpay” şirkətinə qoşulmasına görə baş verib. Belə ki, “Modenis”in 5,4 milyon manatlıq nizamnamə kapitalı “Mpay” şirkətinə birləşdi.
Xatırladaq ki, “Mpay” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib.