SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Hansı bankın mobil tətbiqi daha yaxşı işləyir? – SORĞU

Hansı bankın mobil tətbiqi daha yaxşı işləyir? – SORĞU

  • 13 may 2026, 14:27

Azərbaycanda bank xidmətlərinin böyük hissəsi artıq mobil tətbiqlər üzərindən həyata keçirilir. Köçürmələr, ödənişlər, kredit və kart əməliyyatları istifadəçilərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan bankların mobil tətbiqlərinin sürəti, stabil işləməsi və istifadə rahatlığı xüsusi önəm daşıyır.

Yurd.Media oxucuları arasında hansı bankın mobil tətbiqinin daha stabil və rahat işləməsi ilə bağlı sorğuya start verir.

Sorğunun məqsədi istifadəçi təcrübəsinə əsaslanaraq bank mobil tətbiqlərinin real vəziyyətini öyrənmək, üstün və zəif tərəfləri üzə çıxarmaqdır. Oxucular tətbiqlərin sürəti, dizaynı, funksionallığı, texniki problemlərin olub-olmaması və müştəri məmnuniyyəti kimi meyarları nəzərə alaraq seçim edə bilərlər.

Sorğuda bankların adı əlifba sırası ilə yerləşdirilib. Ölkədə fəaliyyət göstərən banklardan yalnız mobil tətbiqi olmayan İran Milli Bankının Bakı nümayəndəliyinin adı siyahıya daxil edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları