SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
AFB Bank mobil tətbiqini yenilədi

AFB Bank mobil tətbiqini yenilədi

  • 13 may 2026, 11:34

AFB Bank müştəriləri üçün mobil tətbiqini yeniləyib. Yenilənmiş tətbiq daha rahat istifadə, daha sürətli xidmət və gündəlik əməliyyatların daha asan yerinə yetirilməsi üçün hazırlanıb.

Yurd.Media xəbər verir ki, yeni tətbiqə daxil olan istifadəçi əsas məlumatları bir baxışda görə bilir. Hesablar, kartlar, bildirişlər və tez-tez istifadə olunan xidmətlər əsas səhifədə yerləşdirilib. Bu isə vaxt itirmədən lazım olan bölməyə keçməyə imkan yaradır.

Tətbiqin əsas xüsusiyyətlərindən biri çat əsaslı idarəetmə yanaşmasıdır. Artıq əməliyyatlar çat vasitəsilə həyata keçirilir – istifadəçi yazır, təsdiqləyir və əməliyyatı qısa müddətdə tamamlayır. Bu isə bank əməliyyatlarını daha interaktiv və sürətli edir.

Ən çox istifadə olunan xidmətlər – ödəniş və köçürmə əməliyyatları da yenilənib. Proses daha aydın qurulub: hesab seçilir, məbləğ yazılır, məlumat yoxlanılır və əməliyyat tamamlanır. Hər mərhələdə məlumatların görünməsi səhv ehtimalını azaldır və istifadəçiyə rahatlıq yaradır.

Əməliyyat başa çatdıqdan sonra qəbzə baxmaq, onu paylaşmaq və ya eyni ödənişi yenidən təkrarlamaq da mümkündür. Bu xüsusiyyət xüsusilə tez-tez ödəniş edən müştərilər üçün əlavə rahatlıq yaradır.

Mobil tətbiq vasitəsilə filiala getmədən kredit sifarişi vermək, əmanət açmaq, hesabları idarə etmək və bir çox bank xidmətindən yararlanmaq mümkündür. Bu da bank xidmətlərini daha əlçatan edir.

Tətbiqdə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılıb. Tətbiq biometrik giriş və yüksək təhlükəsizlik standartları ilə təmin olunub ki, bu da istifadəçilərin məlumatlarının qorunmasını maksimum səviyyədə təmin edir.

AFB Bank yenilənmiş mobil tətbiqi ilə müştərilərinə daha rahat, sürətli və sadə xidmət göstərməyə davam edir. Mobil tətbiqi yükləyin, bank işlərinizi istədiyiniz yerdən rahatlıqla idarə edin.

Tədbiqi yükləmək üçün bu linkə keçid edin:
https://onelink.to/4aq38c

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları