Azərbaycan Mərkəzi Bankı (AMB) 2 il bundan əvvəl lisenziyasını ləğv etdiyi “Naxçıvan Bank” ASC-nin bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) da lisenziyasını ləğv edib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, bu qərar BOKT-un könüllü müraciəti əsasında qəbul olunub və ölkədə bu tip kredit təşkilatlarının sayı 52-yə düşüb.
Xatırladaq ki, “Naxçıvan Bank” muxtar respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Bank bağlandıqdan sonra onun bazasında BOKT yaradılıb.