"Professional Financial Experts" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan edilmiş açıq tenderin qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilib.
Məlumata görə, tərəflər arasında 7,1 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Dövlət şirkətinin 2024-cü il üzrə maliyyə hesabatlarını “Hesabat” MMC auditdən keçirib və bunun üçün 3,1 min manat haqq alıb.
Beləliklə, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin audit xərcləri 2,3 dəfə artıb.