Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 2 949 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 0,75% çoxdur.
Bu ilin əvvəlinə SOCAR-ın aktivləri ötən il əvvəlinə nisbətən 2,3% çox – 96 852 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 46 925 milyon manat (1,9% çox), balans kapitalı isə 49 927 milyon manat (2,6% çox), o cümlədən nizamnamə kapitalı 5 282 milyon manat (5,35% çox) olub.