"PAŞA Həyat Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər veriri ki, şirkət yanvar-iyun aylarında 22,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.
Bu il iyulun əvvəlinə "PAŞA Həyat Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 1,6% az – 840,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 731,25 milyon manat (1,4% az), balans kapitalı isə 109,35 milyon manat (3,2% az), o cümlədən nizamnamə kapitalı 40,25 milyon manat (dəyişməyib) olub.