Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur.
Ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 25,9% az icra edilib.
Bundan başqa, 7 ay ərzində büdcəyə sair daxilolmalar 427,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16%, proqnozdan isə 54,4% çoxdur.