"PAŞA Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 14,55 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azdır.
Bu il iyulun əvvəlinə "PAŞA Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 28,8% çox - 468,8 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 370,1 milyon manat (38% çox), balans kapitalı isə 98,7 milyon manat (3,1% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.