SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Hesablama Palatası muxtar respublikadakı dövlət fondları ilə bağlı yeni səlahiyyətlərə malik olacaq

Hesablama Palatası muxtar respublikadakı dövlət fondları ilə bağlı yeni səlahiyyətlərə malik olacaq

  • 14 avqust 2026, 20:11

Hesablama Palatası muxtar respublikadakı dövlət fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sənəd Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Dəyişikliklə, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.

Bundan başqa, qurum muxtar respublikadakı büdcədənkənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları