Son vaxtlar Azərbaycanda ticarətə buraxılan istiqrazlara kütləvi investor marağı müşahidə olunur. Əgər əvvəllər bir emissiya üzrə qiymətli kağızları əldə etmək istəyənlərin sayı 3-5-dən çox olmurdusa, hazırda bu rəqəm 50-60 civarında olur.
İqtisadçı-ekspert Cəfər İbrahimli Yurd.Media-ya bildirib ki, investorların istiqrazlara marağının artması onlara investisiya edən şəxslərin faiz gəlirlərindən azad olmasıdır:
"İstiqrazdan əldə olunan faiz gəlirləri üçün heç bir vergi ödənilmir. Bu səbəbdən investorlar vəsaitlərinin bir hissəsini kapital bazarı üzərindən investisiya etməkdə maraqlı görünürlər”.
Ekspertin sözlərinə görə, investorların artıq uzaq məsafədən əməliyyat aparmaq imkanı var:
“Emitentlər layihələrin maliyyələşdirilməsi üçün alternativ vasitə kimi istiqrazlardan istifadə edirlər. Son nəticədə onlar üçün yeni fürsətlər yaranır”.