SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb

TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb

  • 10 dekabr 2025, 11:34

Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan etimadını nümayiş etdirir.

AİB TSCFP TuranBank üçün ayırdığı yeni revolver kredit xətti idxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə resurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazar boşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatın gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.

Bu razılaşma TuranBank-ın nüfuzlu beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını gücləndirmək, yeni maliyyə mənbələri cəlb etmək və Azərbaycan iqtisadiyyatının əsas iqtisadi sektorlarını dəstəkləmək strategiyasını möhkəmləndirir. Bank öz fəaliyyəti ilə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməyə, innovativ bankçılıq həllərini inkişaf etdirməyə və ölkədə davamlı iqtisadi tərəqqini təşviq etməyə sadiqdir.

Asiya İnkişaf Bankı (AİB) haqqında


AİB iqtisadi artımı təşviq edən, yoxsulluğu azaltmaq və Asiya və Sakit Okean regionunda regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf institutudur. Bank aparıcı maliyyə institutları ilə tərəfdaşlıq edərək özəl sektorun inkişafını və maliyyə sektorunun sabitliyini dəstəkləyir.

TuranBank haqqında

1992-ci ildə təsis edilən TuranBank, geniş çeşiddə korporativ, pərakəndə və Kiçik və Orta Sahibkarlıq subyektləri üçün bank xidmətləri təqdim edən Azərbaycanın aparıcı maliyyə institutlarından biridir. Bank sahibkarlığın dəstəklənməsinə, real sektorun maliyyələşdirilməsinə və beynəlxalq inkişaf fondları ilə tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.

TuranBank

Bizimlə etibarlıdır...

Prime Leasing
SPE Annual Caspian