“Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (ASC) kredit borcun tutulması tələbi ilə müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, cavabdehin banka 19 552 manat məbləğində əsas borc, 698 manat məbləğində faiz borc, 517 manat cərimə üzrə borcu müəyyən edilib.
İddia ərizəsində ümumilikdə 20 768 manat məbləğində pulun cavabdehdən tutularaq “Bank VTB Azərbaycan”a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb və cəmi 19 647 manat borc və ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçı banka ödənilməsi barədə qətnamə çıxarılıb. Qətnamədən məlum olur ki, məhkəmə bankın müştərisinə yüklədiyi faiz borcundan 596 manat, cərimə borcundan isə 417 manatı silib.