SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Yelo Bank kart qalığına illik faiz hesablanmasını LƏĞV EDİR

"Yelo Bank" kart qalığına illik faiz hesablanmasını LƏĞV EDİR

  • 09 dekabr 2025, 15:08

"Yelo Bank" bu gündən kart qalığına illik faiz hesablanmasını ləğv edir.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, gələn aydan etibarən kart qalığına illik faiz hesablanması yalnız “Yelo Infinite” kartı üzrə aparılacaq. Lakin, nəzərə alınmalıdır ki, digər kartlardan istifadə ödənişsiz olsa da “Yelo Infinite” üçün 5 illik xidmət haqqı 200 manat təşkil edir (SMS Banking xidməti üçün isə əlavə olaraq aylıq 3 manatlıq tarif tətbiq olunur).

“Digər kart sahibləri əlavə gəlir üçün keşbek imkanını, əmanət məhsullarını və Yelo Invest xidmətini dəyərləndirməlidir”, - bankdan bildirilib.

Xatırladaq ki, əvvəl “Yelo Bank” bütün kartlar üzrə vəsait qalığına illik 7%-dək gəlir təqdim edirdi. Belə ki, “Yelo Premium” manat kartına illik 7%, USD valyutalı karta illik 0,2%, “Yelo Light” kartlarına isə illik gəlir müvafiq olaraq 5% və 0.1% təşkil edirdi.

Qeyd edək ki, hazırda debet kartları üzrə vəsait qalığına “Xalq Bank” və “Azər-Türk Bank” – 8%, “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank” və “Bank of Baku” – 7%, “Rabitəbank” – 6%, “Bank Respublika” – 5% illik faiz hesablayır. Bu faizlər həmin bankların ən populyar kartlarına hesablanır.

Prime Leasing
SPE Annual Caspian