Bu il iyunun 1-nə Azərbaycan bankları 59 183,7 milyon manatlıq aktivlərə, o cümlədən 28 990,9 milyon manatlıq kredit portfelinə malik olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilir.
Sənədə əsasən, bunlar, ötən il iyunun 1-i ilə müqayisədə müvafiq olaraq 4,7% və 8,6% çoxdur.
Hesabat tarixinə bank sektorunun öhdəlikləri 51 612,2 milyon manat (3,9% çox), o cümlədən depozit portfeli 38 548,3 milyon manat (1% çox), balans kapitalı isə 7 571,5 milyon manat (10,4% çox) olub.