Bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 8-nin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 5 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “A-Qrup Sığorta”, “Atasığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Meqa Sığorta”, “Qala Həyat Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.
Ən çox azalma AMB-nin lisenziyasını ləğv etdiyi “Atasığorta”da (99,9%), ən az azalma isə “Qala Həyat Sığorta”da (1,8%) olub.
Bu dövr ərzində 8 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (84,5%), ən aşağı dinamika isə “Atəşgah Həyat Sığorta” ASC-də (1,6%) qeydə alınıb.
