Bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 5-nin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 5 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Qala Sığorta”, “Azsığorta”, “Xalq Həyat Sığorta”, “İpək Yolu Sığorta” və “Aqrar Sığorta” ASC-lərdir. Ən çox azalma “Aqrar Sığorta”da (91,4%), ən az azalma isə “Qala Sığorta”da (0,8%) qeydə alınıb. Qalan 11 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “Qala Həyat Sığorta” ASC-də (2,6 dəfə), ən aşağı dinamika isə “Atəşgah Sığorta” ASC-də (1,9%) baş verib.

Bu ilin ilk 5 ayında sığorta şirkətlərinin yığımları ilə bağlı isə cədvəllə bu link vasitəsilə tanış olmaq olar.