Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-may aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, 5 ay ərzində yerli sığorta şirkətləri 732,6 milyon manat sığorta haqqı toplayıb, 409,6 milyon manat sığorta ödənişi edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən 1,85% və 30,1% çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarının yekununda sığorta haqları 3,7%, sığorta ödənişləri isə 31,6% artmışdı.