SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
ABB kartlarında problem: Vəsait xəbərdarlıqsız silinir

ABB kartlarında problem: Vəsait xəbərdarlıqsız silinir

Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarında təhlükəsizliklə bağlı problemlər yaranıb.

ABB müştəriləri Yurd.Media-ya bildiriblər ki, kart balanslarında olan vəsaitlər xəbərdarlıq edilmədən silinib, bəzi hallarda isə hesabda mənfi qalıq (borc) formalaşıb.

Problem xüsusilə gündəlik ödənişlər zamanı üzə çıxıb, ticarət obyektlərində ödəniş etməyə çalışarkən kartlarında kifayət qədər vəsait olmasına baxmayaraq, əməliyyatların uğursuz olduğunu bildiriblər. Daha sonra bankomat və ya mobil tətbiq üzərindən aparılan yoxlama zamanı balansın tam silindiyi, hətta əlavə borcun yarandığı məlum olub.

Zərərçəkənlər bank filiallarına müraciəti zamanı onlara ABB sistemində kütləvi texniki problem yaşandığı bildirilib, nasazlıq nəticəsində vəsaitlərin yanlış şəkildə silinməsi baş verib və məbləğlərin sonradan geri qaytarılacağı qeyd olunub.

Bankın yaydığı məlumata görə, bu gecədən etibarən m10 tətbiqindən ABB kartlarına vəsait köçürmək, həmçinin ABB kartları vasitəsilə m10 elektron pul kisəsini artırmaq mümkün olmayacaq.

Azərikard Prosessinq Mərkəzindən Yurd.Media-ya bildirilib ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb: 

"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları