SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakı Sığorta və Respublika İnvest yenidən gündəmdə

"Bakı Sığorta" və "Respublika İnvest" yenidən gündəmdə

  • 26 iyun 2026, 12:32

“Bank Respublika” ASC iyunun 24-də, saat 10:00-da səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb.

Yurd.Media xəbər verir ki, Bank bununla bağlı rəsmi mətbuatda elan verib.

Elanda deyilir ki, yığıncaq kredit təşkilatının baş ofisində - Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında olacaq.

Səhmdarlar "Bank Respublika"nın inkişaf strategiyasına və bununla əlaqədar kapitalının strukturuna, eləcə də Bankın törəmə şirkətləri olan "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyətinə dair qərar qəbul edəcək, kredit təşkilatının imtiyazlı səhmlərinin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasını, bununla əlaqədar qurumun nizamnaməsində müvafiq dəyişikliyi və Mükafatlandırma Siyasətini təsdiqləyəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları