SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycandakı lizinq şirkətlərinin 1 il 3 ay vaxtı var

Azərbaycandakı lizinq şirkətlərinin 1 il 3 ay vaxtı var

  • 25 iyun 2026, 15:12

Bu il dekabrın 25-dən Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək.

Yurd.Media xəbər verir ki, Milli Məclisin mayın 25-də qəbul etdiyi qanunu Prezident İlham Əliyev bu gün təsdiqləyib.

Qanun qüvvəyə mindikdən sonra 9 ay müddətində Azərbaycandakı lizinq şirkətləri öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı, 550 manat dövlət rüsumu ödəyərək Azərbaycan Mərkəzi Bankının müvafiq reyestrinə düşməlidirlər.

Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqaviləsi bağlamamalı, mövcud müqavilələrin müddətini uzatmamalı, "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşmələrini öz adlarından çıxarmalıdır.

Beləliklə, lizinq şirkətlərinin ümumilikdə 1 il 3 ay vaxtı var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları