Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 3-nün əməliyyat mənfəəti 100 milyon manatdan çox olub.
Yurd.Media apardığı araşdırmaya görə, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “PAŞA Bank”dır. Bu bankların cəmi əməliyyat mənfəəti 600 milyon manatdan çox olub.
Hesabat dövründə 11 bankın əməliyyat mənfəəti 10-100 milyon manat arasında, 8 bankın əməliyyat mənfəəti isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 15-nin əməliyyat mənfəəti artıb, 7-nin əməliyyat mənfəəti azalıb. Əməliyyat mənfəətini ən çox artıran bank “Bank VTB Azərbaycan” (93,4%), ən az artıran bank isə “Azərbaycan Beynəlxalq Bankı” (0,1%) olub.
Əməliyyat mənfəəti ən çox azalmış bank “AFB Bank” (48%), ən az azalmış bank isə “Bank Avrasiya” (0,6%) olub.