Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel Özkan Gürdal kişilərdə süd vəzi xərçənginə yoluxma hallarının əvvəlki dövrlərlə müqayisədə artım tendensiyası göstərdiyini açıqlayıb.
Yurd.Media xəbər verir ki, son dövrlərdə kişilər arasında döş xərçənginə rastlanma tezliyi yüksəlib.
Mütəxəssis vurğulayıb ki, qadınlar bu xəstəlik haqqında kişilərlə müqayisədə daha çox məlumata malikdirlər:
"Aparılan tədqiqatlar göstərir ki, hər 100 kişidən birində süd vəzi xərçəngi müəyyən edilib. Bütün onkoloji xəstəliklərdə olduğu kimi, kişilərdə də süd vəzi xərçənginin vaxtında aşkar olunması sağalma şansını xeyli artırır. Kişilərin əksəriyyəti süd vəzi xərçənginin onlarda da baş verə biləcəyindən xəbərsizdir. Erkən mərhələdə diaqnoz qoyulduqda xəstələrin sağalma ehtimalı yüzdə 90-a çatır. Bu xərçəng növünə ən çox qadınlarda təsadüf olunur. Kişilərdə süd vəzi xərçənginin yaranmasının dəqiq amilləri hələ də tam müəyyənləşdirilməyib. Bəzi mütəxəssislər bunu döş nahiyəsindəki müəyyən hüceyrələrin normal hüceyrələrə nisbətən daha intensiv şəkildə çoxalması ilə əlaqələndirirlər".