SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Tədqiqat: Kişi və qadınlar ağrını fərqli formada aradan qaldırır

Tədqiqat: Kişi və qadınlar ağrını fərqli formada aradan qaldırır

  • 09 oktyabr 2026, 08:23

ABŞ-da fəaliyyət göstərən tədqiqatçılar kişi və qadınların ağrı hissini müxtəlif mexanizmlərlə azaltdığını müəyyən ediblər.

Yurd.Media xəbər verir ki, "Science Daily" jurnalının bildirdiyinə əsasən, ABŞ alimləri həm sağlam insanların, həm də xroniki bel ağrısından əziyyət çəkən 98 könüllünün qatıldığı iki müstəqil klinik araşdırmanın nəticələrini təhlil ediblər.

Araşdırma prosesində iştirakçılara ağrıkəsici preparat olan "nalokson" tətbiq edilərək meditasiya seansı keçirilib. Mütəxəssislər meditasiya ərzində iştirakçıların ayaqlarına ağrılı, lakin təhlükəsiz istilik təsiri göstərilərkən onların ağrıya verdikləri reaksiyaları öyrəniblər. Müayinənin nəticələrinə əsasən, alimlər aşkar ediblər ki, "nalokson" preparatı kişilərdə meditasiya vasitəsilə ağrının azaldılmasını əngəlləyir, qadınlarda isə əksinə, meditasiyanın ağrını yüngülləşdirici effektini gücləndirir. Bundan əlavə, müşahidə olunub ki, bu şəraitdə meditasiya, cinsdən asılı olmayaraq, sağlam könüllülərlə müqayisədə xroniki ağrıdan əziyyət çəkən insanlarda ağrını azaltmaq baxımından daha effektiv nəticə verib.

Araşdırmanın müəlliflərindən olan Fadel Zeidan qeyd edib ki, bu tədqiqat ağrının aradan qaldırılmasında qadın və kişi arasındakı fərqlərin daha ciddi nəzərə alınmasının zəruriliyini sübut edən ilk aydın dəlilləri üzə çıxarıb.

Skat.az - Ev və Avtomobil elanları