Bakının Nizami rayonunda fəaliyyəti göstərən “Uşaq Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən aparılan yoxlama zamanı şirkətdə qanun pozuntusu aşkar olunub.
Belə ki, MMC tərəfindən 2025-ci il tarixdə ödənilmiş nizamnamə kapitalı barədə məlumat 5 iş günü ərzində qeydiyyat orqanına təqdim edilməyib, bu isə 2026-cı il tarixdə qeydiyyat orqanına təqdim edildikdə aşkar edilib.
“Uşaq Sağlamlıq Mərkəzi” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə şirkət 1000 manat cərimə edilib.
Qeyd edək ki, “Uşaq Sağlamlıq Mərkəzi” MMC 1 ildir ki dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Kənan Qarayevdir.