SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Dövlət tibb müəssisəsində ilk yuxu laboratoriyası qurmaq niyyəti baş tutmadı

Dövlət tibb müəssisəsində ilk yuxu laboratoriyası qurmaq niyyəti baş tutmadı

  • 08 oktyabr 2026, 21:24

Dövlət tibb müəssisələri arasında ilk yuxu laboratoriyası qurmaq niyyəti baş tutmadı.

Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, Respublika Kliniki Xəstəxanasında Yuxu laboratoriyasının yaradılması ilə bağlı planın ləğv edildiyi bildirilir.

Xəstəxanada Yuxu laboratoriyasının yaradılması nəzərdə tutulsa da, layihənin həyata keçirilməyəcəyi bildirilir.

Məlumatın hansı səbəbdən ləğv edildiyi və qərarın hansı əsaslarla qəbul olunduğu hələlik məlum deyil.

Qeyd edək ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov daha əvvəl açıqlamasında dövlət tibb müəssisələri arasında ilk dəfə məhz bu xəstəxanada Yuxu laboratoriyasının yaradılacağını bildirmişdi.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. Qurumdan layihənin ləğv edilib-edilmədiyi, bunun səbəbləri, eləcə də gələcəkdə Yuxu laboratoriyasının yaradılmasının planlaşdırılıb-planlaşdırılmadığı barədə münasibət öyrənilir.

TƏBİB-in cavabını təqdim edəcəyik.

Skat.az - Ev və Avtomobil elanları