SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Oturduğunuz yerdə streslə mübarizə aparmağın üç effektiv üsulu

Oturduğunuz yerdə streslə mübarizə aparmağın üç effektiv üsulu

  • 10 oktyabr 2026, 08:44

Gündəlik yaşantımızda stres labüd bir haldır. Lakin streslə mübarizənin olduqca asan yolları mövcuddur. Heç bir ağırlıq qaldırmadan, fiziki hərəkət etmədən, sadəcə oturduğunuz yerdə stresi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün yalnız nəfəs texnikasından xəbərdar olmaq yetərlidir.

Yurd.Media xəbər verir ki, nəfəs texnikası stresi nəzarətdə saxlamaq üçün son dərəcə effektiv bir metoddur. Nəfəs alıb-verməni düzgün istiqamətləndirmək bədənin həm fiziki, həm də emosional gərginliyini aradan qaldırmağa yardım edir.

I üsul

Rahat bir vəziyyətdə oturun və ya uzanın.
Burunla dərindən nəfəs alın, qarın nahiyənizin genişlənməsinə imkan verin.
Ağızdan asta-asta nəfəsi buraxın. Bu prosesi 5-10 dəqiqə müddətində davam etdirin.

II üsul

Burunla 4 saniyə ərzində nəfəs alın.
Nəfəsinizi 7 saniyə müddətinə saxlayın.
Ağızdan 8 saniyə boyunca nəfəs verin. Bu texnika narahatlıq hissini azaltmağa və rahatlıq əldə etməyə yardımçı olur.

III üsul

2 saniyə burunla dərindən nəfəs alın, 2 saniyə nəfəsinizi tutun, 4 saniyə ağızdan nəfəsi buraxın.
Bu dövrəni 5-10 dəqiqə ərzində təkrar edin.

Hər gün həyatınıza 5 dəqiqəlik nəfəs rutini daxil edin. Nəfəs alıb-verərkən diqqətinizi bədəninizdəki hisslərə cəmləyin. Öz nəfəsinizə fokuslanın. Nəfəsinizin necə alındığını və verildiyi prosesi duyun.

Bu texnikaları gündəlik həyatınıza tətbiq edərək, streslə mübarizəni xeyli asanlaşdıra bilərsiniz. Rahatlıq əldə etmək və gərginliyi azaltmaq üçün bu cür məşqləri mütəmadi şəkildə icra etmək faydalıdır.

Skat.az - Ev və Avtomobil elanları