SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Dəniz xəstəliyindən qorunmağın sadə və təbii üsulları

Dəniz xəstəliyindən qorunmağın sadə və təbii üsulları

  • 25 sentyabr 2026, 23:57

Dəniz xəstəliyi geniş yayılmış bir hal olsa da, bir çox insan bunu ciddi bir problem kimi qiymətləndirmir.

Yurd.Media xəbər verir ki, insanların müəyyən hissəsi avtomobilə, təyyarəyə və ya avtobusa minəndə ürəkbulanma, başgicəllənmə, yorğunluq və halsızlıq kimi narahatedici simptomlarla üzləşir. Bu vəziyyətə xüsusilə payız və qış mövsümündə daha tez-tez təsadüf edilir.

Bu hal tibbdə "dəniz xəstəliyi" adı ilə tanınır. Həmin xəstəliyə hər yaş qrupundan olan insanlarda rast gəlmək mümkündür. Dəniz xəstəliyi daxili qulaq, göz və boğaz nahiyəsindəki problemlər nəticəsində ortaya çıxır. Xəstəlik birbaşa sinir sistemi ilə bağlıdır.

Bu problemin qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:

· Səfərə çıxarkən yanınızda limon və zeytun bulundurun.

· Bir stəkan qaynar suya yarım çay qaşığı zəncəfil əlavə edərək dəmləyin. Həmin qarışığı ilıq vəziyyətdə yola düşməzdən yarım saat öncə qəbul edin.

· Səfərə başlamazdan əvvəl arasına buz yerləşdirilmiş dəsmal ilə sinə və alın nahiyənizi silin. Buz əlçatan deyilsə, soyuq su ilə isladılmış dəsmaldan da istifadə etmək olar. 

Skat.az - Ev və Avtomobil elanları