Banan nə dərəcədə çox yetişirsə, tərkibindəki şəkər səviyyəsi bir o qədər yüksəlir, bağırsaq sağlamlığı üçün əhəmiyyətli olan rezistent nişasta miqdarı isə müvafiq olaraq azalır.
Yurd.Media xəbər verir ki, bu barədə qida mütəxəssisi Saurabh Sethi məlumat verib.
O açıqlayıb ki, lif tərkibi baxımından zəngin olan yaşıl və bərk bananlar orqanizmin həzm sisteminə müsbət təsir göstərir, bağırsaqdakı faydalı bakteriyaların qidalanmasını təmin edir, həmçinin sağlam yağ turşularının yaranmasına şərait yaradır.
"Tam yetişmiş, üzərində qara ləkələr olan bananlar isə bu xassələrini itirir və bağırsaq sağlamlığına verdiyi töhfə əhəmiyyətli dərəcədə azalır. Yaşıl bananın tərkibindəki liflər ürək-damar xəstəlikləri, insult, tip 2 şəkərli diabet və hətta bağırsaq xərçəngi yaranma ehtimalını aşağı salır".
Saurabh Sethi eyni zamanda vurğulayır ki, ən optimal meyvə seçimləri arasında yabanı giləmeyvələr, kivi və nar yer alır. Bu meyvələr təkcə bağırsaq sağlamlığını dəstəkləmir, həm də yüksək antioksidant tərkibinə malik olduqlarından orqanizmi sərbəst radikalların zərərli təsirindən mühafizə edir və iltihabi prosesləri azaldır.(axşam.az)