SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Başgicəllənmələrin ən çox rast gəlinən formaları və müalicə metodları

Başgicəllənmələrin ən çox rast gəlinən formaları və müalicə metodları

Başgicəllənmə halı ilə demək olar ki, hər birimiz rastlaşmışıq. Bunun müxtəlif səbəbləri var. Bəzən buna sadəcə yorğunluq, stressli iş və sair kimi yanaşıb müxtəlif dərmanlar qəbul edərək sakitləşməyə çalışırıq. Əslində isə vəziyyət başqa cür ola bilər...

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundovun baş gicəllənmə ilə bağlı Yurd.Media-ya açıqladığı qısa informasiyaya nəzər salaq:

Başgicəllənmə (vertiqo) hərəkət olmadığı halda yerin cazibə qüvvəsinə nisbətən hərəkət hissidir. Başgicəllənmələr fizioloji və patoloji olmaqla 2 yerə ayrılır. Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olan sensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır. Məsələn, hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə, çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s.Patoloji başgicəllənmələr vestibulyar və onun mərkəzi sinir sisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsi zamanı meydana çıxır.Patoloji başgicəllənmələrin 4 əsas tipi var. Ən çox rast gəlinən sistemli baş gicəllənmələr zamanı pasiyent fırlanma və ya hərəkət olmadığı halda hərəkət hissi keçirir. Digər tiplərə lipotimiya (daha çox insulin istifadə edən şəkərli diabet xəstələrində, bəzi dərmanların qəbulu ilə bağlı olaraq baş verir), yerişin və tarazlığın pozulması, psixogen başgicəllənmələr daxildir.

Pərviz Axundov başgicəllənmələrin ən çox rast gəlinən formaları haqqında da məlumat verdi:

"Ümumiyyətlə, başgicəllənmələr tibbi yardım üçün əsas müraciət səbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasında xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rast gəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonal vertiqonun yaranma ehtimalı 10 %-i civarındadır.Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri Menyer xəstəliyi və vestibulyar neyronitdir".

Həkim-nevroloq Vestibulyar gimnastika nədir və onun faydalarından da danışdı:

“Vestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır”.

- Vestibulyar gimnastika vestibulyar sistemin mərkəzi və ya periferik şöbələrində zədələnmənin adaptasiyasına yönəlmiş kompleks məşqlərdir.Vestibulyar gimnasikanın məqsədi tarazlıq məşqləri, subyektiv başgicələnnmə və yıxılma hissinin azaldılması, hərəkətlərin koordinasiyasının bərpası, həyəcanın aradan qaldırılmasıdır.

- Vestibulyar gimnastika çox effektivdir və kəskin başgicəllənmə tutmasından dərhal sonra başlamalıdır. Erkən başlanılan gimnastika bərpanın təminatçısıdır.

Prime Leasing