SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Kapital Bankda nizamnamə kapitalı ilə bağlı MÜZAKİRƏLƏR

"Kapital Bank"da nizamnamə kapitalı ilə bağlı MÜZAKİRƏLƏR

  • 03 mart 2026, 09:09

 "Kapital Bank" nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirələr keçirəcək.

Yurd.Media xəbər verir ki, aprelin 17-də, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Kapital Bank"ın 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirələr aparılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları