Bu il fevralın sonuna Azərbaycan 22 817 milyon manatlıq pul bazasına malik olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının internet səhifəsində bildirilir.
Məlumata əsasən, bu, yanvarın sonu ilə müqayisədə 1,2% çoxdur.
Ölkədə pul bazası ötən ilin sonuna nisbətən 1,5 %, son 1 ildə isə 15 % artım nümayiş etdirib.