SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Avtomobil Yolları Dövlət Agentliyində SƏDR DƏYİŞİKLİYİ

Avtomobil Yolları Dövlət Agentliyində SƏDR DƏYİŞİKLİYİ

  • 06 fevral 2026, 21:16

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) rəhbər dəyişikliyi baş verdi.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Saleh Məmmədov Azərbaycan  İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib.

Vüsal NəsirliVüsal Nəsirli

Qeyd edək ki, S.Məmmədov həmin vəzifəyə 2017-ci il dekabrın 21-də təyin olunmuşdu.

Bu təyinatadək Vüsal Nəsirli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

O, 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Saleh MəmmədovSaleh Məmmədov

Ailəlidir, iki övladı var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları