Bu il aprelin 1-nə "Unibank" ASC-nin 64,3 milyon manat problemli kreditləri olub.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 8,4% çoxdur.
Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.
Qeyd edək ki, problemli kreditlər üzrə "Unibank" son dövrlərdə bir sıra məhkəmə işləri ilə üzləşib. Misal üçün Bakının Suraxanı və Xəzər rayonlarında, həmçinin Şəmkir və Gədəbəy rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.