SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda hər 3 kredit ittifaqından birinin vergi borcu yaranıb

Azərbaycanda hər 3 kredit ittifaqından birinin vergi borcu yaranıb

  • 28 iyul 2026, 08:52

Azərbaycanda fəaliyyət göstərən 12 kredit ittifaqının dövlətə borcu var.

Yurd.Media-nın apardığı araşdırma ilə məlum olub ki, ən çox borcu olan qurumlar Feyruz Nağıyevin rəhbəri olduğu "Masallı" təşkilatıdır - 1817 manat və Ruslan Ağazadənin direktor olduğu "Total Finans" ittifaqıdır - 1327 manat.

Bundan başqa "Hacı" kredit ittifaqının 894, "Kapital"ın 395, "Aran"ın 319, "Tərəqqi"nin 262, "Yeni Daşkənd"in 233 manat borcu yaranıb.

"Əmanət", "Dostlar MM", "Aşıxlı", "Hindarx" və "İşgüzar" kredit ittifaqlarınnın borcu isə 100 manatdan azdır.

Qeyd edək ki, kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Hazırda Azərbaycanda 35 kredit ittifaqı fəaliyyət göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları