Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-iyun aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, 6 ay ərzində yerli sığorta şirkətləri 867,4 milyon manat sığorta haqqı toplayıb, 549,7 milyon manat sığorta ödənişi edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən 6,2% və 27,2% çoxdur.
Xatırladaq ki, yanvar-may aylarının yekununda sığorta haqları 1,85%, sığorta ödənişləri isə 30,1% artmışdı.