"Bank Respublika" ASC nizamnamə kapitalını 126 790 440 manat və yaxud 2,7 dəfə artıraraq 73 961 090 manatdan 200 751 530 manata çatdırıb.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bildirilir.
Məlumata görə, kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 2,45 manatdan 6,65 manata çatdırılması hesabına baş tutub.
“Bank Respublika” ASC-nin səhmdarları Bankın bölüşdürülməmiş mənfəətinin əhəmiyyətli hissəsini onun nizamnamə kapitalının artırılmasına yönəltməyə qərar verib.