Bu ilin yanvar-avqust aylarında “CFI Financial İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 22,4 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88,8% azdır.
Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 199,3 milyon manat təşkil edib.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" 2024-cü ilin avqust "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib. Hazırda şirkətin nizamnamə kapitalı 6 milyon manatdır, rəhbəri Pərvanə Qasımovadır.