SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“MFX-Trading”in birja dövriyyəsi 70%-dən çox azalıb

“MFX-Trading”in birja dövriyyəsi 70%-dən çox azalıb

  • 11 sentyabr 2026, 10:47

Bu ilin yanvar-avqust aylarında “MFX-Trading İnvestisiya Şirkəti” ASC “Bakı Fond Birjası” QSC-də 44,3 milyon manatlıq əməliyyat aparıb.

Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,2% azdır. Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 148,5 milyon manat təşkil edib.

Qeyd edək ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,11 milyon manatdır, yeganə səhmdarı Samir Xəlilovdur, direktoru Tural Bayramovdur.

Skat.az - Ev və Avtomobil elanları