SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Avtomobilini sığortalayanların DİQQƏTİNƏ – ən çox şikayət edilən şirkətlər

Avtomobilini sığortalayanların DİQQƏTİNƏ – ən çox şikayət edilən şirkətlər

  • 10 sentyabr 2026, 23:04

Azərbaycanda avto-icbari sığorta ilə bağlı şirkətlər üzrə şikayət göstəriciləri açıqlanıb.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Azərbaycanda avto-icbari sığorta üzrə ən yüksək şikayət indeksi “Xalq Sığorta” ASC-də qeydə alınıb. 

1 sentyabr 2025-ci il - 31 avqust 2026-cı il tarixlərində 1,70 indekslə Azərbaycan ən çox şikayət edilən sığorta şirkəti növbəti dəfə “Xalq Sığorta” olub.  

 Sonrakı yerlərdə, yəni qırmızı zonada 1,29 indekslə “Meqa Sığorta”, 1,04 indekslə sari zonada “Paşa Sığorta” qərarlaşıb. 

 Digər üç sığorta şirkətləri üzrə şikayətlər isə daha az olub və yaşıl zolaqda qərarlaşıblar. Bunlar 0,95 indekslə “Atəşgah Sığorta”, 0,73 indekslə “Qala Sığorta” və 0,72 indekslə “Azərbaycan Sənaye Sığorta”dır. 

Mərkəzi Bank qeyd edir ki, şikayət indeksi sığorta şirkətlərinin maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhlükə göstəricisi deyil. İndeks vətəndaşların avto-icbari sığorta xidmətini seçərkən məlumatlandırılması məqsədilə beynəlxalq metodologiya əsasında hesablanır.

Skat.az - Ev və Avtomobil elanları