SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
MJ Finance BOKT-a 6 milyon manat lazımdır

"MJ Finance" BOKT-a 6 milyon manat lazımdır

  • 11 sentyabr 2026, 21:47

"MJ Finance" ASC bank olmayan kredit təşkilatı (BOKT) 6 milyon manatlıq istiqraz emissiyası elan edib. 

Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 60 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onlara illik 16% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayterlər "ABB-İnvest İnvestisiya Şirkəti" və "Troni İnvestisiya Şirkəti" QSC-lərdir. 

Skat.az - Ev və Avtomobil elanları