“Bank Respublika” ASC-nin səhmdarları Bankın bölüşdürülməmiş mənfəətinin əhəmiyyətli hissəsini onun nizamnamə kapitalının artırılmasına yönəltməyə qərar verib.
Bu barədə Yurd.Media-ya maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, ötən ilin yekununda “Bank Respublika”nın 135,9 milyon manat bölüşdürülməmiş mənfəəti olub. Bunun isə 126,8 milyon manatının hesabına Bankın kapitalı artırılacaq.
Başqa sözlə, kredit təşkilatının səhmdarları kapital artımını dividend ödənişindən üstün tutub.
Son nəticədə “Bank Respublika”nın nizamnamə kapitalı 2,7 dəfə artaraq 74 milyon manatdan 200,75 milyon manata yüksələcək.
Kapital artımı Bankın dövriyyədə olan 30,2 milyon səhminin nominal dəyərinin 2,45 manatdan 6,65 manata çatdırılması hesabına baş tutacaq.