SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Ziraat Bank Azərbaycan” da əmanətləri ucuzlaşdırdı

“Ziraat Bank Azərbaycan” da əmanətləri ucuzlaşdırdı

  • 10 sentyabr 2026, 19:23

Azərbaycanda daha bir bank əmanətçilərinə ödədiyi faizlərdə dəyişiklik edib.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC manatla müddətli əmanətlər üzrə faiz dərəcələrini endirib.  

Dəyişiklik manat əmanətlərinin bütün əsas müddətlərini əhatə edib.

Belə ki, 6 aylıq manat əmanəti üzrə aylıq faiz ödənişi 5,5%-dən 5%-ə, müddətin sonunda ödənilən faiz isə 6,5%-dən 6%-ə endirilib.

9 aylıq əmanətlərdə aylıq faiz dərəcəsi 7,5%-dən 6%-ə, müddətin sonunda ödəniş isə 8,5%-dən 7%-ə düşüb.

12 aylıq manat əmanəti üzrə aylıq faiz 8,5%-dən 7,5%-ə, müddətin sonunda ödəniş isə 9%-dən 8%-ə azaldılıb.

18 aylıq əmanətlərdə aylıq faiz 9%-dən 7,5%-ə, müddətin sonunda ödənilən faiz isə 9,5%-dən 8%-ə endirilib.

24 aylıq əmanətlər üzrə aylıq faiz dərəcəsi 8,5%-dən 7%-ə, müddətin sonunda faiz isə 9%-dən 7,5%-ə salınıb.

36 ay və daha uzun müddətli manat əmanətlərində isə aylıq faiz 8%-dən 6,5%-ə, müddətin sonunda ödəniş 8,5%-dən 7%-ə düşüb.

Beləliklə, “Ziraat Bank Azərbaycan” manat əmanətləri üzrə faizləri əsasən 1–1,5 faiz bəndi aşağı salıb. Ən böyük azalma 9 aylıq və 18 aylıq əmanətlərin aylıq faiz ödənişi variantında qeydə alınıb və 1,5 faiz bəndi təşkil edib. 

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Zıraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

Skat.az - Ev və Avtomobil elanları